25 Oktyabr 2018, 22:09
FUTBOL
Yunanıstan millisində baş məşqçi dəyişikliyi gerçəkləşib. Matç.az saytı xəbər verir ki, Yunanıstan Futbol Federasiyası Mixael Skibbeni istefaya göndərib.
53 yaşlı almaniyalı ilə əməkdaşlığa son verilməsi barədə qərar qurumun İcraiyyə Komitəsinin yığıncağında qəbul olunub. Komitə üzvləri yekdilliklə istefaya səs verib.
2015-ci ildən millini çalışdıran Skibbenin xələfi də dəqiqləşib. Bu posta yerli məşqçi Angelos Anastasiadis təyin olunub.
Bir sıra klubları çalışdıran, daha çox PAOK, "Panatinaikos" və Kipr yığmasındakı fəaliyyəti ilə tanınan Anastasiadislə müqavilə AVRO-2020-nin seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub.