Sabah Avropa Liqasında 2019-20 mövsümünün ikinci püşkatma mərasimi baş tutacaq. Matc.az saytının məlumatına görə, bununla I təsnifat mərhələsindəki cütlüklər bilinəcək.

İlkin mərhələnin püşkü iyunun 11-də atılıb, 14 klub iyunun 27-də və iyulun 4-də yoluna davam edəcək 7 komandanı müəyyənləşdirəcək.

İlkin mərhələnin 7 qalibi ilə birlikdə sabah püşkatma mərasimində 94 komanda 47 cütlük təşkil edəcək. Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandalardan 2-si - "Neftçi" və "Səbail" mübarizəyə I raunddan qoşulacaq. Hər iki komandamız səpələnmişlərin sırasında yer alacaq və nisbətən zəiflərdən birinə rəqib olacaq.

I təsnifat mərhələsinin oyunları 11-18 iyul tarixlərində keçiriləcək.

 

AVROPA LİQASI

İlkin mərhələ, 27 iyun - 4 iyul

"Proqres" (Lüksemburq) - "Kardiff MU" (Uels)

"La Fiorita" (San-Marino) - "Enqordani" (Andorra)

"Sent Julia" (Andorra) - "Europa" (Cəbəllütariq)

"Ballimena Yunayted" (Şimali İrlandiya) - "NSI Runavik" (Farer adaları)

"Priştina" (Kosovo) - "Sent Jozef" (Cəbəllütariq)

"Klaksvik" (Farer adaları) - "Tre Fiori" (San-Marino)

"Barri Taun" (Uels) - "Kliftonvill" (Şimali İrlandiya)

 

I təsnifat mərhələsi

Səpələnmişlər: "Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", (Rumıniya), "Malmö", "Norçepinq" (hər ikisi İsveç), "Mölde", "Brann", "Hoqesun" (hamısı Norveç), "MOL-Vidi" (Macarıstan), "Dinamo", "Vitebsk", "Şaxtyor" (hamısı Belarus), "Spartak" (Slovakiya), "Apollon", AEK (hər ikisi Kipr), "Jalgiris", "Trakai" (hər ikisi Litva), "Aberdin", "Reyncers", "Kilmarnok" (hamısı Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), "Kayrat", "Tobol", "Ordabasi" (hamısı Qazaxıstan), "Radniçki", "çukariçki" (hər ikisi Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), "Kruzaders" (Şimali İrlandiya), "Ventspils" (Latviya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Vaduts" (Lixtenşteyn), "Neftçi", "Səbail" (hər ikisi Azərbaycan), "Kork Siti" (İrlandiya), "Hapoel" Beer-Şeva, "Makkabi" Hayfa (hər ikisi İsrail), "Hayduk" (Xorvatiya), "Kukesi" (Albaniya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Gürcüstan), MOİK, "Levski" (hər ikisi Bolqarıstan), "Buduçnost" (Monteneqro), "Levadiya" (Estoniya), "Brondbü" (Danimarka)

Səpələnməmişlər: "Dunayska Ştreda", "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), "çixura", "Torpedo" (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), "Milsami", "Petrokub", "Speranta" (hamısı Moldova), "Trans", "Flora" (hər ikisi Estoniya), "Liepaya", "Riqa" (hər ikisi Latviya), "Qzira", "Baltzan", "Hibernian" (hamısı Malta), "Reykyavik", "Breydablik" (hər ikisi İslandiya), "Şemrok Rovers", "Sent-Patriks" (hər ikisi İrlandiya), "Şkupi", "Akademiya Pandev", "Makedoniya Qerçe" (hamısı Makedoniya), "Şiroki Briyeq", "Radnik" (hər ikisi Bosniya və Herseqovina), "Konnak" (Uels), "Kuopio", "Rovaniemi", "İnter" (hamısı Finlandiya), "Ştumbras" (Litva), "Universitatea" (Rumıniya), "Mura" (Sloveniya), "Banants", "Lori" (hər ikisi Ermənistan), "Teuta", "Laçi" (hər ikisi Albaniya), "Yenneş" (Lüksemburq), "Zeta", "Titoqrad" (Monteneqro), ilkin mərhələnin 7 qalibi.

 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 19-da keçiriləcək. Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə II raunddan qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest