Braziliyada keçirilən Cənubi Amerika Kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub. Matc.az saytının məlumatına görə, C qrupunda çili ilə Yaponiya üz-üzə gəlib.

Son çempion çili yığması rəqibinə heç bir şans verməyib. İlk hissənin sonlarında hesabı açan cənubi amerikalılar fasilədən sonra daha 3 cavabsız qolla böyükhesablı qələbə qazanıb.

 

Amerika Kuboku

C qrupu, I tur

çili - Yaponiya - 4:0

Pulqar, 41; Varqas, 54, 83; Sançes, 82

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest