"Belə böyük turnirlərdə psixoloji hazırlıq çox vacibdi. Bizə düşən potensial rəqiblərin ürəyimizcə olmadığını demək ədalətsizlik olardı. Azərbaycan və Qazaxıstan klubu ilə düşməyəcəyimiz üçün məmnunam".

"Belə böyük turnirlərdə psixoloji hazırlıq çox vacibdi. Bizə düşən potensial rəqiblərin ürəyimizcə olmadığını demək ədalətsizlik olardı". Matc.az saytının məlumatına görə, bunu "Riterai"nin direktoru Virmantas Lemezis deyib.

Avropa Liqasında mübarizə aparacaq Litva klubu I təsnifat mərhələsindəki rəqibini bu gün keçiriləcək püşkatmada öyrənəcək.

Potensial rəqibləri dəyərləndirən Lemezis Azərbaycan klubları ilə qarşılaşmamalarına sevinir: "Azərbaycan və Qazaxıstan klubu ilə düşməyəcəyimiz üçün məmnunam. Eyni zamanda balkan ölkələrinə və Farer adalarına da uçmaq istəmirik. ümumilkdə gənc kollektivimizin Avropada müntəzəm oynaması daha asan olacaq. Rəqib kim olursa-olsun, ilk növbədə təzyiqdən qurtulmalı və özünüzü məğlub etməlisiniz. Əgər bunu bacarsanız, mübarizə sizin üçün daha asan keçər".

Qeyd edək ki, Avropa Liqasının püşkü Bakı vaxtı ilə 17:30-da atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest