Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılır. Matc.az saytının məlumatına görə, çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların bu turnirdəki potensial rəqibi müəyyənləşib.

çempionlar Liqasının ilk təsnifat mərhələsində mübarizəni dayandıracaq 16 komandadan biri püşklə birbaşa III təsnifat mərhələsində yarışmağa haqq qazanacaq. Digər 15 komanda isə II təsnifat mərhələsində "çempionların yolu"nda mübarizə aparacaq.

Bundan əlavə çL-nin ilk seçmə mərhələsində yarışmış ən zəif 4 komandadan 3-ü də bunlara qoşulacaq və 18 komanda 9 cütlükdə bir-birilərinə rəqib olacaq.

 

Avropa Liqası

II təsnifat mərhələsi

çempionlar yolu

"Tre Penne" (San-Marino)/"Santa Koloma" (Andorra) -  "Suduva" (Litva)/"Srvena Zvezda" (Serbiya)

BATE (Belarus)/"Pyast" (Polşa) - "Dundalk" (İrlandiya)/"Riqa" (Latviya)

"Partizani" (Albaniya)/"Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)/"Saburtalo" (Gürcüstan)

"Ararat" (Ermənistan)/AIK (İsveç) - "Feronikeli" (Kosovo)/"Linkoln" (Cəbəllütariq)

"Valyur" (İslandiya)/"Maribor" (Sloveniya) - "Ferensvaroş" (Macarstan)/"Lüdoqorets" (Bolqarıstan)

"Slovan" (Slovakiya)/"Sutyeska" (Monteneqro) - TNS (Uels)/ilkin mərhələnin qalibi

İlkin mərhələnin finalçısı - "Astana" (Qazaxıstan)/"çFR Kluj" (Rumıniya)

HİK (Finlandiya)/"HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya)/"Rusenborq" (Norveç)

"Nomme Kalyu" (Estoniya)/"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq)/"Valletta" (Malta)

 

Qeyd: "Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina) cütünün məğlubu III təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest