"Püşk bizim üçün pis olmadı. Ancaq unutmamalıyıq ki, avrokuboklarda zəif rəqib olmur və hər komandaya hörmətlə yanaşmaq lazımdı". Matc.az saytı xəbər verir ki, bunu Tula "Arsenal"ının müdafiəçisi Anri Haquş deyib.

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Rusiya Premyer Liqası təmsilçisinin potensial rəqibi "Neftçi" - "Sperantsa" cütünün qalibi olacaq. Klubun rəsmi saytına açıqlamasında püşkdən məmnunluq bildirən Haquş həmin vaxta qədər tam hazır olacaqlarını bildirib: "Mövsümün bərpasına hazırlıq bir neçə həftə əvvəl başlamışıq. Hesab edirəm ki, yaxşı forma yığacağıq, yoxlama görüşlərində yeni kombinasiyalar hazırlayacaq və mövsümə inamlı start götürəcəyik".

32 yaşlı sağ cinah oyunçusu potensial rəqibin keçmiş SSRİ ölkələrinin klubları olmasına da münasibət bildirib: "Həm Azərbaycan, həm də Moldova yaxın ölkələrdi. Düşünürəm ki, bu amil xeyrimizə ola bilər. Amma mövsüm boyu səfərlər zamanı qət etdiyimiz məsafələri nəzərə alsaq, artıq uzaq səfərlərdən qorxmuruq. Hərçənd qısa uçuşlardan sonra bərpa üçün yaxşı şans olur. Ancaq bu məsələyə önəm vermirəm. Yalnız meydana çıxıb qələbə qazanmaq və irəliləmək lazımdı".

Haquş Tulada baş tutacaq ilk qarşılaşmada ehtiyatlı oynamağın vacibliyini vurğulayıb: "Cavab görüşü öncəsi ehtiyatlı oynamaq lazımdı. Əminəm ki, tribunalar dolacaq, azarkeşlər bizi irəli səsləyəcək. Bu bizim üçün böyük üstünlükdü. ümumiyyətlə, avrokubokdakı matçımız Tula üçün tarixi hadisə olacaq. Yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa çalışacağıq".

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest