"İndidən daha uzağa getmək lazım deyil. Əvvəlcə ilk rəqibi üstələməliyik. Bir ay vaxtımız var. Mövsümün ilk dövrəsinin təməlini indidən qoymalıyıq. Çempionatın startında və avrokuboklarda maksimum nəticə qazanmağa çalışacağıq".

"II mərhələdə hansı komanda ilə qarşılaşacağımız hələ dəqiq bilinmir. Ancaq "Arsenal"ın həm "Neftçi", həm "Sperantsa"nı keçəcək gücdə olduğunu deyə bilərəm". Matc.az saytının məlumatına görə, bunu Tula "Arsenal"ının futbolçusu İqor Qorbatenko deyib.

30 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. O, komandasının "Neftçi" – "Sperantsa" cütünün qalibini keçmək iqtidarında olduğunu söyləyib: "İndidən daha uzağa getmək lazım deyil. Əvvəlcə ilk rəqibi üstələməliyik.  Bir ay vaxtımız var. Mövsümün ilk dövrəsinin təməlini indidən qoymalıyıq. çempionatın startında və avrokuboklarda maksimum nəticə qazanmağa çalışacağıq. Başa düşürük ki, Avropada özümüz, klubumuz və şəhərimiz haqda müsbət fikir formalaşdıra bilərik. Bu imkandan yararlanmaq və qrup mərhələsinə düşmək istəyirik. Azarkeşlərimizi layiqli futbolla sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest