"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" bir futbolçusunu heyətdə saxlayıb. Müdafiəçi Maksim Belyayev Tula təmsilçisində qalıb. 27 yaşlı oyunçu müqavilə müddətini daha 2 illik uzadıb.
"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" bir futbolçusunu heyətdə saxlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Maksim Belyayev Tula təmsilçisində qalıb.
Belə ki, 27 yaşlı oyunçu başa çatan müqavilə müddətini daha 2 illik uzadıb. 2016-cı ildən "Arsenal"da çıxış edən Belyayev elə o vaxtdan komandanın liderlərindən sayılır. O, Premyer Liqa təmsilçisində 106 matçda iştirak edib. Futbolçu hətta artıq Rusiya millisinə də çağırılır.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.