10 Yanvar 2026, 21:45
FUTBOL
Atatürk Olimpiya Stadionunda baş tutan İstanbul derbisində "Fənərbaxça" iki cavabsız qolla qələbə qazanıb.
Türkiyə Superkubokunun final qarşılaşması keçirilib.
Matc.az xəbər verir ki, həlledici oyunda "Qalatasaray" "Fənərbaxça" ilə qarşılaşıb.
Atatürk Olimpiya Stadionunda baş tutan İstanbul derbisində "Fənərbaxça" iki cavabsız qolla qələbə qazanıb. "Sarı-lacivərdlilər"in qollarını Qenduzi (28 dq) və Ostervolde (48 dq) vurub.
Qeyd edək ki, "Qalatasaray" yarımfinalda "Trabzonspor"u, "Fənərbaxça" isə "Samsunspor"u üstələmişdi.












