20 İyun 2019, 16:34
FUTBOL
"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" transfer çalışmalarını davam etdirir. Matc.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, Tirana təmsilçisi 3-cü keçidə hazırlaşır.
Müdafiə xəttini Esin Hakay və Villiam Kordeyro ilə gücləndirən Albaniya çempionu indi də hücumçu transfer edəcək. Klub rəhbərliyi "Osiyek"in ikinci komandasının forvardı Mirlind Dakunu heyətinə qatmağa yaxındı. çünki Kosovo millisinin gənc üzvü ilə danışıqlar artıq müsbət yekunlaşıb. Onun Xorvatiya klubu ilə müqavilə müddəti davam etdiyindən, "Osiyek"lə də danışıqlar aparılır.
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.