21 İyun 2019, 09:13
FUTBOL
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın məşqində maraqlı anlar baş verib. Matc.az saytının məlumatına görə, hazırlıq zamanı ölkə çempionunun kapitanı Rəşad Sadıqovla hücumçusu Mahir Əmrəli penaltilərlə yarışıb.
Sonuncu penalti zərbəsini dəf edən Sadıqov gənc rəqibinə qalib gəlib.