"Toplanışın əvvəlində məşqlər ağır keçir. Bununla belə, sınaq matçlarının olması həm oyun təcrübəsi, həm də özümüzü göstərmək baxımından faydalıdı". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Tural Axundov deyib.

O, klubun rəsmi saytına açıqlamasında "OİK-Xabarovsk"la keçirilən yoxlama görüşünü dəyərləndirib. Futbolçu sınaq matçlarının faydalı olduğunu bildirib: "İlk görüş idi deyə, çətin oldu. Yaxşı ki, birinci hissədə qollarımızı vurduq. Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm".

Qeyd edək ki, oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest