Azərbaycan millisinin formasını geyinmiş Rizvan Umarov Rusiyada klubunu dəyişib. 23 yaşlı hücumçu "Leninqradets"lə müqavilə imzalayıb. Bu barədə Peşəkar Futbol Liqasında çıxış edən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Azərbaycan millisinin formasını geyinmiş Rizvan Umarov Rusiyada klubunu dəyişib. Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu "Leninqradets"lə müqavilə imzalayıb.
Bu barədə Peşəkar Futbol Liqasında çıxış edən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. "Zenit"in yetirməsi olan Umarov "Leninqradets"ə son iki ildə formasını geyindiyi Nijnekamsk "Nefteximik"indən keçib.
Qeyd edək ki, U-19 və U-21 yığmalarımızda çıxış etmiş Umarov 2012-ci ilin əvvəllərində Dubay toplanışında əsas millinin heyətində yer alıb və Sinqapurla yoldaşlıq görüşündə bir hissə meydanda olub.