"Fənərbaxça" bu yayın ilk səs-küylü transferini rəsmiləşdirmək üzrədi. Matc.az xəbər verir ki, Superliqa təmsilçisi Serbiya yığmasının və "Roma"nın sol cinah müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmağa hazırlaşır.

Türkiyə mətbuatının yaydığı məlumata görə, 33 yaşlı futbolçu artıq İstanbula gəlib və dünən klub prezidenti Ali Koçla görüşüb. "Fənərbaxça"nın tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir. Tərəflərin 2+1 illik müqaviləyə imza atacaqları bildirilir.

Qeyd edək ki, 7 il "Mançester Siti"də oynadıqdan sonra 2017-ci ildə "Roma"ya transfer olunan Kolarov paytaxt təmsilçisində geridə qalan iki mövsüm ərzində 96 oyuna çıxıb, 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest