"Zirə" yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirib. Bakılılar Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb.

"Zirə" yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar Boyan Zaqoviçlə anlaşıb.

30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb. Montenqrolu əlcək sahibi bundan öncə "Berane", "Srvena Stiyena", "Radniçki", "Banat", "Marsonia 1909", "Riyeka", "Timok", "Metalaq Qornji Milanovaç", "Novi Pazar", "Radniçki Nis", "Rad və "Baçka" klublarında çıxış edib.

Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov və Nicat Süleymanovu heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest