"Atletiko"nun yarımmüdafiəçisi Rodri İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc orta sahə oyunçusu "Mançester Siti" ilə anlaşıb.

Onunla "Bavariya" və "Mançester Yunayted" də maraqlanırdı. Lakin 23 yaşlı futbolçu özü Pep Qvardiolanın rəhbərliyi altında oynamaq niyyətində olduğundan, "şəhərlilər"in təklifini qəbul edib. Artıq klublar da transferin son detallarını müzakirə edirlər.

Qeyd edək ki, "Vilyarreal"ın yetirməsi olan Rodri "Atletiko"ya ötən il keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest