Naməlum şəxs beşqat "Qızıl top" mükafatçısı və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun doğulduğu Madeyra adasındakı Funşal şəhərində yerləşən heykəlini yandırıb.
Matc.az xəbər verir ki, bu barədə "Correio da Manha" nəşri məlumat yayıb.
Hadisə Ronaldo muzeyinin yaxınlığında baş verib. Naməlum şəxs heykəli tezalışan maye ilə yandırdığı videonu paylaşıb. Polis cinayətkarı araşdırır.
40 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi və milli komandasının, Avropa çempionatının, Çempionlar Liqasının və klublararası dünya çempionatında bütün zamanların ən çox qol vuran oyunçusudur.
2022-ci ilin dekabrında o, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Karyerası ərzində o, həmçinin "Sportinq", "Mançester Yunayted", "Yuventus" və "Real" klublarında da oynayıb və bütün zamanların ən çox qol vuran oyunçusu olub.












