"Jirona" "Selta"nın mərkəz yarımmüdafiəçisi Fran Beltranı heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı ispan yarımmüdafiəçi "Jirona" ilə 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Beltran 17 yaşında "Rayo Valyekano"da debüt edib. O, 2018-ci ildə "Selta"ya qoşulub və orada 8 il əsas heyətdə yer alıb.

Bu mövsüm yarımmüdafiəçi "Selta"nın heyətində bütün yarışlarda 15 oyuna çıxıb, lakin fərqlənə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest