Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Krılya Sovetov" təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Samara təmsilçisi iyunun 24-də bu ölkəyə yollanacaq.

"Krılya Sovetov"un Avstriya toplanışı çərçivəsində yoxlama görüşlərindəki rəqibləri də müəyyənləşib. Belə ki, komanda iyunun 29-da "Hayduk" (Xorvatiya), iyulun 6-da "çelye" (Sloveniya), ertəsi gün isə "Krasnodar"la (Rusiya) üz-üzə gələcək. Toplanış gələn ayın 7-dək davam edəcək.

Qeyd edək ki, Ramil Şeydayevin "Krılya Sovetov"la müqavilə müddəti bu ayın sonuna qədərdi. Onun komandada qalıb-qalmayacağı bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest