"Rəqibimin görüşlərinə baxmışdım. Zəif və güclü tərəflərini analiz etmişdim. Əldə etdiyim məlumatlardan rinqdə istifadə etdim və istəyimə nail oldum. Onu çoxdan tanıyırdım. Rəqibimin görüşlərinə baxdım və səhvlərini gördüm".

"Qarşılaşmaya çox məsuliyyətli hazırlaşmışdım". Matc.az xəbər verir ki, bu sözlər boks üzrə Azərbaycan millisinin üzvü Tayfur Əliyevə məxsusdu.

Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı debütünü şərh edib. 56 kq çəki dərəcəsində mübarizə aparan Bakı-2015-in bürünc medalçısı bildirib ki, bolqarıstanlı Boyan Asenova qalib gəlməsində rəqibi yaxşı öyrənməsi rol oynayıb: "Rəqibimin görüşlərinə baxmışdım. Zəif və güclü tərəflərini analiz etmişdim. Əldə etdiyim məlumatlardan rinqdə istifadə etdim və istəyimə nail oldum. Onu çoxdan tanıyırdım. Rəqibimin görüşlərinə baxdım və səhvlərini gördüm".

22 yaşlı boksçu 1/8 finalda qarşılaşacağı ukraynalı Mukola Butsenkonu da tanıdığını deyib: "O, məndən 7-8 yaş böyükdü. Ukrayna komandasının da kapitanıdı. Ən güclü boksçularından hesab olunur. Bu isə məni qorxutmur. Onunla iki il öncə döyüşmüşəm. Yaxşı görüş keçirmişəm. Kiçik səhvlər nəticəsində məğlub olmuşam. Ondan revanş almağa çalışacam. Birinci döyüşdə buraxdığım səhvləri etməyəcəm. Psixoloji və texniki olaraq daha məsuliyyətli hazırlaşmağa çalışacam. Rəqibin qarşısına güclü çıxmaq istəyirəm".

Qeyd edək ki, Tayfur Əliyev növbəti qarşılaşmasına iyunun 24-də çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest