21 İyun 2019, 22:07
FUTBOL
"Zirə" növbəti mövsüm üçün təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, Samir Abasovun kollektivi Biləcəri Futbol Mərkəzində bir araya gəlib.
Komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 19-dək Bakıda baş tutacaq. Bakılılar bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Hazırlığın ikinci hissəsi 20 iyul – 4 avqust aralığında Türkiyənin Bolu şəhərində olacaq və komanda qonşu ölkədə də 4 yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Zirə"nin ilk məşqində yeni transferlər - Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov və Boyan Zoqoviç də iştirak edib.