"Yuventus"un müdafiəçisi Joao Kanselo karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya millisinin üzvü "Mançester Siti"yə keçmək üzrədi.

25 yaşlı cinah oyunçusu "şəhərlilər"lə müqavilənin şərtlərini razılaşdırıb. Kanselo yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. Onun illik məvacibi isə 5 milyon avro təşkil edəcək. İndi qalır klublar arasında razılıq. "Mançester Siti" 50 milyon avro təklif edirsə, "Yuve" bundan 10 milyon çox tələb edir.

"Şəhərlilər" qalan məbləği bonuslarla sığortalamaq niyyətindədi. "Qoca sinyora"nın direktoru Fabio Paratiçi keçidi həll etmək üçün İngiltərəyə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest