"Bolonya"nın sabiq baş məşqçisi Filippo İnzagi özünə yeni iş yeri tapıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis B seriyasında çalışacaq.

Belə ki, İnzagi "Benevento"nun "sükanı arxası"na keçib. İnzagi bu ilin yanvarında "Bolonya" rəhbərliyi tərəfindən vəzifəsindən qovulmuşdu. O, yenicə müqaviləyə qarşılıqlı xitam verməyə razılaşıb və "Benevento" ilə münasibətləri rəsmiləşdirib.

Qeyd edək ki, "Benevento" ötən mövsüm B seriyasında 3-cü yeri tutsa da, pley-offda uduzaraq, elitaya yüksəlmək şansını əldən verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest