Çempionlar Liqasının, ən pis halda Avroliqanın qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Bu cür nəticələr gözləmək normaldır.
"Ludoqorets" hazırda əla formadadır. Bu, adi yoxlama oyunu deyildi. Maraqlı görüş alındı. Fiziki güc yığmaq önəmli idi. Qarşıda hələ 3 yoxlama oyunu qalıb". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev deyib.
Bolqarıstanlı futbol Avstriya toplanışı çərçivəsində "Ludoqorets"lə baş tutan hazırlıq oyunundan sonra ölkəsinin mətbuatına açıqlama verib.
O, əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb: "Meydanda çox istəkli olmağım normaldı. çünki hamı start heyətinə düşmək üçün mübarizə aparır. Hər kəs maksimum gücünü ortaya qoymağa çalışır. Buna görə də çox keyfiyyətli oyun alındı. Rəqib də əla təsir bağışladı. Onlar təsadüfi çempion olmadıqlarını sübut etdilər. Güclü futbolçuları var".
Slavçev avrokuboklardakı hədəflərindən də bəhs edib: "çempionlar Liqasının, ən pis halda Avroliqanın qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Bu cür nəticələr gözləmək normaldır".
Yarımmüdafiəçi "Qarabağ"dakı gələcəyi haqda da danışıb: "ölkə xaricində oynadığım üçün çox xoşbəxtəm. Avropada tanınmaq üçün çalışıram. İndiki məqamda dəyişiklik haqda düşünmürəm. Tam olaraq, öz oyunuma köklənmişəm".