Azərbaycanı Avropa Liqasında təmsil edəcək klublardan biri olan "Səbail" yeni transferləri – Dilan Duventru və Bilal Həmdi ilə imzalanmış müqavilələrin müddətini açıqlayıb. Matc.az saytının məlumatına görə, fransız və əlcazairli yarımmüdafiəçilər 1 illik sözləşməyə imza atıblar.

Onlar 2019-2020 mövsümünün sonuna kimi "dənizçilər"in formasını geyinəcəklər.

Qeyd edək ki, hər iki futbolçu "Səbail"ə "Zirə"dən keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest