"Kaza Piya"nın Renato yarımmüdafiəçisi Nhaqa karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

"Qalatasaray" Qvinea-Bissau millisinin üzvünün transferi üçün Portuqaliya klubu ilə razılıq əldə edib. İstabul nəhəngi Nhaqa üçün qarşı tərəfə 7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Renato Nhaqa "Kaza Piya"nın yetirməsidir. 18 yaşlı futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 21 oyunda 2 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest