23 İyun 2019, 20:46
FUTBOL
Azərbaycan akrobatları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında üçüncü medallarını əldə ediblər. Matc.az xəbər verir ki, Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihidən ibarət qarışıq cütlük kombinə olunmuş hərəkətlərdə fərqləniblər.
29.540 xal toplayan təmsilçilərimiz yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıblar.
Qeyd edək ki, Qurbanlı – Əl-Məşayxi cütlüyü ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüblər. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.