07 Fevral 2026, 23:01
FUTBOL
"Neftçi" PFK-nın rəsmi mağazası bundan sonra "28 Mall"da yerləşən "Decathlon"da da fəaliyyət göstərəcək.
Matc.az xəbər verir ki, bu gün həmin məkanda "Neftçi Official Fan Store Corner"in açılış mərasimi olub.
Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara "Neftçi" PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.
Qeyd edək ki, bundan əvvəl klubun "Gənclik Mall"da yerləşən "GO Sport"da rəsmi mağazasının açılışı baş tutmuşdu.












