24 İyun 2019, 10:01
FUTBOL
"Səbail"də özümü ilk gündən yaxşı hiss edirəm". Matc.az xəbər verir ki, bunu "Səbail"in yeni transferi Bilal Həmdi deyib.
"Zirə"dən yenicə alınan fransalı yarımmüdafiəçi klubun rəsmi saytına təəssüratlarını bölüşüb. 28 yaşlı hücumameyilli oyunçu isti qarşılanma olduğunu söyləyib: "Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Dilan ilə Kamalı isə hələ keçmiş klubumdan tanıyıram. "Səbail"lə müqavilə imzalamağa çox şad oldum. Hazırda diqqətimizi Avropa Liqasının hazırlıq prosessinə yonəltmişik".
Qeyd edək ki, yay fasiləsində Bilal Həmdi ilə yanaşı, Kamal Bayramov və Dilan Duventru da "Zirə"ni "Səbail"ə dəyişib.