"Qarabağ"ın yeni transferi Xayme Romero Rodrigesin sabiq klubu "Kordoba"da qazandığı məvacib açıqlanıb. 29 yaşlı vinger Sequnda təmsilçisində aldığı 400 min avroluq maaşdan imtina edib.
"Qarabağ"ın yeni transferi Xayme Romero Rodrigesin sabiq klubu "Kordoba"da qazandığı məvacib açıqlanıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 29 yaşlı vinger Sequnda təmsilçisində aldığı 400 min avroluq maaşdan imtina edib.
"Kordoba" onu 2017-ci ildə 500 min avroya "Osasuna"dan transfer edib. Komanda ilə 3 illik müqavilə imzalayan oyunçunun kluba vurduğu ümumi ziyan 1,7 milyon avro təşkil edirdi. Ancaq aşağı liqa təmsilçisində istənilən performansı sərgiləyə bilməyən sabiq "Real"lı növbəti mövsüm ehtiyatda oturub 400 min avro qazanmaqdansa, "Qarabağ"a keçməyi üstün tutub.
Qeyd edək ki, Xayme Romero "Qarabağ"la 3 illik müqavilə imzalayıb.