çimərlik futbolu üzrə böyüklər arasında təşkil edilən Super Liqa turniri başa çatıb. Matc.az xəbər verir ki, AFFA-nın dəstəyi, çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda mübarizə aparıb.
Final oyununda "Marafon Sabirabad"ı 3:0 hesabı ilə məğlub edən "Zirə" turnirin qalibi olub. üçüncü yeri isə "Şuşa Qarabağ" üzərində 4:2 hesabı ilə qələbə qazanmış "Neftçi" tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final oyununu idarə etmiş hakimlərə diplomlar təqdim olunub. Elçin Qasımov ("Zirə") ən yaxşı qapıçı, Orxan Məmmədov ("Marafon Sabirabad") ən yaxşı oyunçu seçilib. Sabir Allahquliyev ("Zirə") turnirin bombardiri olub. Federasiyanın vitse-prezidenti Fərid Axundov oyunların canlı yayımını təşkil edən CBC Sport televiziya kanalının baş direktoru Volkan üstə plaket təqdim edib. üçüncü yerin sahibi "Neftçi"yə bürünc, "Marafon Sabirabad"a gümüş, "Zirə"yə isə qızıl medallar, diplomlar və kuboklar, eyni zamanda müvafiq olaraq 500, 1000 və 1500 manat pul mükafatı təqdim olunub.
Mükafatlandırma mərasimində Azərbaycan çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov, çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov, köməkçi məşqçi Hikmət Bağırov, federasiyanın direktoru Rüfət Həsənov, AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və CBC Sport televiziya kanalının baş direktoru Volkan üst iştirak ediblər.