24 İyun 2019, 10:55
FUTBOL
"Qarabağ"ın maraq dairəsində olduğu Hendrik Ekstein "Kayzer çifs"lə problemini həll edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 28 yaşlı oyunçu Cənubi Afrika Respublikası (CAR) təmsilçisi ilə rəsmən vidalaşıb.
Hələ aprel ayında "Kayzer çifs"dən ayrılan futbolçu artıq transfer vərəqəsinə qovuşub və azad agent statusuna malik olub. O, CAR mətbuatına açıqlamasında təkliflərə hazır olduğunu vurğulayıb.
Yerli KİV Eksteinin karyerasını ölkə xaricində, konkret olaraq Avropada davam etdirmək niyyətində olduğunu vurğulayıb. Hazırda yarımmüdafiəçiyə yeganə təklif isə "Qarabağ"dan edilib. Onun Azərbaycan çempionuna keçmək ehtimalı yüksək qiymətləndirilir.