24 İyun 2019, 11:41
FUTBOL
"Səbail"in yay fasiləsində yola saldığı Tome Kitanovski karyerasını Albaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yüksək liqa təmsilçisi "Kukesi" ilə anlaşıb.
Makedoniyalı futbolçu yeni komandası ilə 1+1 il şərtilə müqavilə imzalayıb. Onun təqdimatını "Kukesi"nin idman direktoru, "Qarabağ"ın sabiq legioneri Nderip Nedzipi edib.
Qeyd edək ki, Tome Kitanovski ötən mövsüm "Səbail"in heyətində 23 oyunda 1 qol vurub.