"Kristal Pelas"ın müdafiəçisi Aaron van-Bisska karyerasını "Mançester Yunayted"də davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu bu həftə "qırmızı şeytanlar"la münasibətləri rəsmiləşdirəcək.

İngiltərənin U-21 yığmasından döndükdən sonra Mançesterə yollanacaq 22 yaşlı sağ cinah müdafiəçisi yeni komandasında tibbi müayinədən keçəcək. Klublar arasında razılığa əsasən, transfer "mankunianlar"a 62 milyon avroya başa gəlib.

Qeyd edək ki, Aaron van-Bisska ötə mövsüm klubunun heyətində 39 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest