"Çelsi" və "Mançester Yunayted" Qambiya millisi və Norveçin "Tromsö" klubunun mərkəz müdafiəçisi Abubakar Kinteni izləyir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, İngiltərə nəhəngləri 19 yaşlı futbolçunu yayda mümkün transferini nəzərdən keçirirlər. "Tromsö" Kintenin potensial satışından təxminən 4 milyon funt-sterlinq (4,6 milyon avro) qazanc əldə etməyə çalışır.

Qeyd edək ki, müdafiəçi 2025-ci ilin mart ayından "Tromsö"də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 25 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest