16 Aprel 2026, 17:22
FUTBOL
"Nyukasl" yaxın gələcəkdə baş məşqçisini dəyişə bilər.
Matc.az xəbər verir ki, Eddi Hou komandadan ayrılsa, baş məşqçi postuna əsas namizədlərdən biri kimi Joze Mourinyo nəzərdən keçirilir. Bu barədə "Talksport" məlumat yayıb.
Portuqaliyalı mütəxəssis klub rəhbərliyinin bir hissəsinin dəstəyinə malikdir. Səudiyyə Ərəbistanından olan sahiblər komandanın başında böyük ada və yüksək səviyyədə təcrübəyə malik məşqçi görmək istəyirlər.
Mourinyodan başqa namizədlər siyahısında Roberto Mançini və Andoni İraola da yer alır. Sonuncu mövsümün sonunda "Bornmut"dan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Manşester Yunayted" və "Tottenhem"də çalışıb.


 (1)_1776364407.jpg)




_1776355585.jpg)




