"Yaxşı kollektivimiz və futbolçularımız var". Matc.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Eltun Yaqublu deyib.

O, klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsindəki şanslarını dəyərləndirib. Yaqublu Rumıniya təmsilçisi "Universitatya Krayova"nı üstələyəcəklərinə inandığını bildirib: "Rəqibin necə təcrübəli komanda olduğunu bilirik. Qələbə qazanmaq üçün bütün gücümüzlə oynayacağıq. İnanırıq ki, növbəti mərhələyə yüksələn komanda biz olacağıq".

Qeyd edək ki, "Səbail"ilə "Universitatya Krayova" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest