"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" heyətini gücləndirir. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Tula təmsilçisi "Zenit"in hücumçusu Anton Zabolotnını almağa hazırlaşır.

Klub rəhbərliyi 28 yaşlı oyunçunu əvvəlcə birillik icarəyə götürmək, daha sonra transfer etməyi planlaşdırır. Rusiya millisinin üzvü də müntəzəm oynaya biləcəyi komandaya keçməyin tərəfdarıdı. üstəlik, "Arsenal"ın Avropa Liqasında iştirak etməsi MOİK-in yetirməsini daha da ümidləndirir.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest