Bolqarıstanda təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az saytının məlumatına görə, bakılıların yerli "Beroe" ilə görüşünün vaxtı dəyişdirilib.

Qarşılaşmanın Bakı vaxtı ilə 19:30-da keçirilməsi razılaşdırılmışdı. Lakin klublar oyunun yarım saat tez - 19:00-da start götürməsini qərara alıblar.

Qeyd edək ki, bu, "Səbail"in Bolqarıstanda 2-ci yoxlama görüşü olacaq. Aftandil Hacıyevin kollektivi ilk matçda Plovdiv "Lokomotiv"inə məğlub olub (0:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest