"Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov deyib.

Avstriyada hazırlıqları davam etdirən Ağdam klubunun çalışdırıcısı "Krayova" ilə hazırlıq oyunundan sonra görüşü klub saytına şərh edib: "üç gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan-oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komandaydı".

Qeyd edək ki, ilk sınaq matçında Bolqarıstan "Ludoqorets"inə 0:1 hesabıyla uduzan "Qarabağ"ın növbəti qarşılaşması iyunun 28-də Rusiya Premyer Liqa təmsilçisi "Ufa"yla olacaq. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest