Avropa Liqasının I təsnifat mərhələsinə hazırlıqları Bolqarıstanda davam etdirən "Səbail"in düşərgəsinə daha bir oyunçu qoşulub. Matc.az saytının məlumatına görə, "Neftçi"dən ayrılan Mirabdulla Abbasov "dənizçilər"in heyətinə qatılıb.

Gənc hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi" ilə anlaşmasının müddətini uzadan Abbasov bir illik "Səbail"ə icarəyə verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest