"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbadan imtina etmək barədə düşünür. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, "kral klubu" artıq fransalının alternativini tapıb.

26 yaşlı orta sahə oyunçusunun təxminən 150 milyon avroluq qiyməti var və "Real" bu yay transferlərə 300 milyon avrodan çox xərc çəkdiyindən, maliyyə məsələsində qənaət etməlidi. Madridlilər bu problemi "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Beklə yoluna qoymağı planlaşdırır. 22 yaşlı hollandiyalının 60-70 milyon avro dəyərində olması da ispanların ürəyincədi.

Qeyd edək ki, "Tottenhem"in də maraq dairəsində olan Donni van de Bekin "Ayaks"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest