Braziliya yığmasının hücumçusu Neymarın PSJ-dən "Barselona"ya transferi tamamlanmaq üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçunun özü ilə müqavilənin şərtlərini razılaşdıran İspaniya nəhəngi Fransa klubu ilə danışıqları davam etdirir.

27 yaşlı superulduz isə keçidin Amerika Kuboku turnirindən sonra açıqlanmasını istəyir. O, bunun hazırda yarışda iştirak edən milli oyunçularına təsir edəcəyindən narahatdı.

Qeyd edək ki, Neymar "Barselona" ilə 5 illik müqaviləni razılaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest