02 Mart 2026, 15:44
FUTBOL
"Fənərbaxça" ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Nelson Semedo sıradan çıxıb.
Portuqaliyalı futbolçu Super Liqanın 24-cü turunun "Antalyaspor"la oyununda dizindən zədə alıb. 32 yaşlı sağ cinah müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Nelson Semedo bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 32 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.





_1772464004.jpeg)






