"Sumqayıt" 2019/2020 mövsümü üçün hazırlığa start verib. Matc.az saytının məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"nın köməkçi meydançasında mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.

Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, "Sumqayıt" hazırlığın I mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı barədə klubun rəsmi saytında məlumat veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest