05 Mart 2026, 14:59
FUTBOL
Türkiyə Super Liqasının XXV turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçının təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, İstanbul derbisini Ozan Ergünün rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Yan xətt hakimləri Anıl Usta və Mustafa Savranlar olacaq. Dördüncü hakim funksiyasını isə Adnan Deniz Kayatepe yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasraay" qarşılaşması 7 mart tarixində keçiriləcək və saat 21:00-da start götürəcək.












