"Mançester Yunayted"in futbolçusu Meyson Maunt Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Fulhem" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. 27 yaşlı oyunçunun yeni mövsümə London təmsilçisində başlamaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Meyson Maunt bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 19 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest