"Trabzonspor"un hücumçusu Pol Onuaçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

"Əl-Əhli" nigeriyalı forvardı transfer etmək istəyir. Ərəblər Super Liqa klubunda illik 2 milyon avro maaş alan 31 yaşlı futbolçuya 8 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Pol Onuaçu bu mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 24 oyunda 20 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest