05 Mart 2026, 19:07
FUTBOL
Eduardo Kudeta "River Pleyt"in baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Argentina klubunun mətbuat xidməti yayıb.
Bildirilir ki, 51 yaşlı mütəxəssis fevral ayının sonunda vəzifəsindən ayrılan Marselo Qallardonu əvəz edib.
Mediada yayılan xəbərlərdə Xorxe Sampaolinin "River Pleyt"in yeni məşqçisi təyin oluna biləcəyi bildirilirdi, lakin klub rəhbərliyi fərqli bir seçim edib.
Qeyd edək ki, Kudeta 2024-cü ilin dekabrından bəri rəhbərlik etdiyi "Alaves"i çalışdırıb. O, "River Pleyt"də işləmək üçün İspaniya klubu ilə müqaviləsini ləğv edib.











_1772722755.jpg)
