06 Mart 2026, 10:50
FUTBOL
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Tottenhem" doğma meydanda "Kristal Pelas"ı qəbul edib. London təmsilçilərinin dueli qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 38-ə yüksəldən "Kristal Pelas" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 29 xalı olan "Tottenhem" isə 16-cı yerdədir.
"Tottenhem" - "Kristal Pelas" 1:3
Qollar: Dominik Solanke, 34 - İsmaila Sarr, 40, 45+7, Yorgen Strand Larsen, 45+1
Qırmızı vərəqə: Mikki van de Ven, 38








_1772796978.jpg)



